HAQQIMIZDA
Haqqımızda
"Mama’m Chocolate and Bakery" – sevgi ilə bişən, ənənə ilə yoğrulan və zövqlə təqdim olunan ləzzətlərin ünvanıdır. Bizim üçün hər bir məhsul yalnız şirniyyat və ya çörək deyil, ailə dəyərlərinin, ana nəvazişinin və uşaq xatirələrinin bir parçasıdır. Brendimizin əsas ilham mənbəyi – Azərbaycan mətbəxinin zəngin irsi və bu irsi müasir yanaşmalarla yaşatmaq arzusu olub. "Mama’m Chocolate and Bakery" fabrikində hazırlanan hər bir məhsul – təbii, keyfiyyətli inqrediyentlərdən istifadə edilməklə, gigiyenik şəraitdə və peşəkar ustaların əllərində formalaşır. Məqsədimiz – hər müştəriyə yalnız ləzzətli bir təam deyil, həm də səmimi və unudulmaz bir hiss bəxş etməkdir.

